Millimiz Açıq Avropa turnirinə 6 cüdoçu ilə gedir

25-26 fevralda Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

-48 kq.
Ramilə Əliyeva

-52 kq.
Zeynəb Məmmədova

-63 kq.
Diana Şoranova
Nərgiz Hacıyeva

-70 kq.
Günel Həsənli

-78 kq.
Aytəkin Paşazadə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right