Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşdirilib.
Newsport.az xəbər verir ki, matçlar fevralın 25-də və 28-də oynanılacaq.
Fevralın 25-də 6-cı turdan təxirə salınmış "Xarı bülbül” - “Murov” görüşü baş tutacaq. Qarşılaşmaya 15:00-da start veriləcək. Fevralın 28-də isə 7-ci turdan təxirə salınmış "Xarı bülbül" - MOİK matçı keçiriləcək. Həmin oyun isə 16:00-da oynanılacaq. Hər iki qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.