Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan Newsprot.az-a verilən məlumata görə, kişilər arasında Yüksək Liqanın IX turu fevralın 22-də baş tutacaq.

Saat 16:00-da “Murov” - “Xarı bülbül”, ardınca isə "Neftçi" - MOİK görüşünə start veriləcək.

Fevralın 23-də qadınların yarışında III dövrənin son matçları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk oyunu saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right