Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizə aparıb.
Newsport.az xəbər verir ki, 81 kq çəkidə çıxış edəm Rüstəm Orucov 1/16 finalda monqolustanlı Bolor-Oçir Gereltuya uduzub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya məğlub olub.
Nurlan Osmanov (73) 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.
Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb.