Karateçilərimiz beynəlxalq turnirdə

Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaqlar.

Newsport.az-ın məlumatına görə, yarışda 10 idmançı mübarizə aparacaq.

Kişilərin yarışında Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) güclərini sınayacaqlar.

Turnirdə 73 ölkədən karateçilər iştirak edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right