“Advokat” beynəlxalq turnirə dəvət aldı

Futzal üzrə Azərbaycan İkinci Liqasında çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən (7*7) beynəlxalq turnirdə iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, “Siciliya Vəkillər Kuboku-2022” dekabrın 8-dən 12-dək İtaliyanın Kataniya şəhərində keçiriləcək.

Dekabrın 7-də adıçəkilən turnirə qatılmaq üçün səfərə çıxacaq “Avdokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib və komandanın dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right