Avropa birinciliyində rekorda imza atan milli komanda Bakıya qayıtdı

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyində 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Newsport.az xəbər verir ki, son 15 ilin rekordunu vuran yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının və Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.

Azərbaycan millisinin baş məşqçisi Rəşad Məmmədov bildirib ki, komandası Vallettada layiqli çıxış edib: “Yarışa çox yaxşı hazırlaşmışdıq. Təlim-məşq toplanışımız faydalı oldu və bu, Avropa birinciliyində 8 medal qazanmağımızla nəticələndi. Uşaqlar özlərini doğrultdular. Məqsədimiz növbəti yarışlarda da uğurlu çıxışdır”.

Qeyd edək ki, Vallettada Zəhra İsayeva (29 kq), İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq) qızıl, Xuraman Cavadzadə (37 kq), Elcan Əliyev (65 kq) gümüş, Mehdi Budaqlı (33 kq), Fuad Məhərrəmli (45 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb. Milli 8 medalla həm oğlanların yarışında, həm də ümumu komanda hesabında Avropanın 3-cüsü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right