Məmmədyarovdan beynəlxalq turnirdə daha 2 qələbə

“Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin üçüncü günündə daha 4 oyun keçirib.

Onun bugünkü bütün rəqibləri Hindistan təmsilçiləri olublar. Günün ilk görüşündə 9-cu tur çərçivəsində Arjun Eriqaisiyə qalib gələn Azərbaycan qrossmeysteri ardınca Santoş Viditlə bərabərliyə razılaşıb. 11-ci turda Dommaraju Qukeşə məğlub olan “Şah” günü Pentala Harikrişna üzərində qələbə ilə başa vurub.

4 oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edən, bir görüşdə isə uduzan Məmmədyarov 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right