Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan millinin üzvləri ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, məşqçilər heyəti rəhbərliyə idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.

Federasiya prezidenti cüdoçulara uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

​Dünya çempionatı 6-12 oktyabrda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right