Bakıda Avropa çempionatı keçiriləcək

Sentyabrın 23-də Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib.

Newsport.az-ın məlumatına görə, tədbirlərdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

 
3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.
 
Bununla yanaşı Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right