Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün 5 idmançımız mübarizəyə qoşulacaq. Vüqar Talıbov (90 kq) 1/16 finalda Maksims Duinovsla (Latviya), İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə qarşılaşacaq.

Ruslan Nəsirlini (100 kq) 1/8 finalda Hubert İllmerlə (Avstriya), Kənan Nəsibovu (100+ kq) isə Alin Baqrinlə (Moldova) sınaq gözləyir.

Qadınların yarışında isə Nərmin Əmirli (78 kq) 1/8 finalda Yuli Alma Mişinerlə (İsrail) üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right