Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən dünya çempionatında Yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. 30 yaşlı pəhləvan rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.
Eldəniz Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub.