Azərbaycan millisi İslamiadada finala çıxdı

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.

Newsport.az-ın məlumatına görə, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Kişilərdən ibarət milli finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə Seneqala 3:1 qalib gəlib.

Fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right