Gövhər Beydullayeva liderliyini qorudu

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, çempionatın lideri Gövhər Beydullayeva ilə Xanım Balacayeva arasındakı görüş bərabərliklə yekunlaşıb.

Qara fiqurlarla oynayan Ləman Hacıyeva növbəti sürprizə imza atıb, bu dəfə Ülviyyə Fətəliyeva üzərində qələbə qazanıb. Qeyd edək ki, Ləman 5-ci turda Gövhər Beydullayevanı məğlub etmişdi. Ağ fiqurlarla oynayan Gülnar Məmmədova və Türkan Məmmədyarova müvafiq olaraq Xəyalə Abdulla və Ayan Allahverdiyevadan üstün olublar.

6 turdan sonra Gövhər Beydullayeva 4 xal ilə liderliyə davam edir. İki ardıcıl qələbədən sonra ikinci yerə 3.5 xal ilə Ləman Hacıyeva yüksəlib. Növbəti yerlərdə 3 xal ilə 4 şahmatçı mövqe tutmuşdur.

Müstəqil Azərbaycan tarixində qadınlar arasında 31-ci ölkə çempionatının mükafat fondu artırılaraq 11 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4000 manat pul mükafatı qazanacaq.

Çempionat barəsində yenilənmiş məlumatları və son turu 23 may 14-30-dan etibarən rəsmi saytdan izləyə bilərsiz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right