Azərbaycanın daha 2 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.
Newsport.az-in məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən Pərviz İskəndərov və 87 kq-da yer alan Milad Beigi Hərçəqani dayanq üzərinə çıxacaq.
İskəndərov ilk görüşünü fransalı Sirian Ravetə, Avropa və ikiqat dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hərçəqani isə yunanıstanlı Yannis Papadopulosa qarşı keçirəcək.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 70 kq-dakı İmaməddin Xəlilov özbəkistanlı Asilbek Husanovu sınağa çəkəcək.
Qeyd edək ki, ilk yarış günündə parataekvondoçulardan Sabir Zeynalov bürünc medal qazanıb.