"Nazir olandan sonra dostlarımın sayı artıb" Fərid Qayıbov

"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram".

Bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: "Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir".

F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: "Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram" (report)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right