Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası başa çatıb.
Newsport.az-ın məlumatına görə, reqatanın ikinci günündə yarışlar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib və Azərbaycan milli komandası 3 yaş kateqoriyasında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Turnirin birinci günündə Suqovuşan su anbarında yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunmuş kayak və kanoe yarışlarında Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanmışdı.
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançısına kubok təqdim olunub.
Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.