Azərbaycan 1-ci MDB Oyunlarında növbəti medalını qazanıb.
Newsport.az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən yarışda karateçimiz Əminağa Quliyev (60 kq) gümüş medal qazanıb. O, finalda qazaxıstanlı Yerkinbek Bayturbayevə məğlub olub. Təmsilçimiz 0:3 hesabı ilə uduzub.