Azərbaycanlı cüdoçular Avropa çempionatında daha iki medal qazandılar

Cüdo Cüdoçularımız daha iki medal qazandılar - Avropa çempionatı 30 İyun, 2026 - 23:50 Cüdoçularımız daha iki medal qazandılar - Avropa  çempionatı Azərbaycanın yeniyetmə cüdoçularının İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərindəki Avropa çempionatında uğurlu çıxışları davam edir.

Newsport.az xəbər verir ki, təmsilçilərimiz ikinci yarış günündə daha iki medal qazanıblar. Finala qədər irəliləyən Sadiq Məmmədov (73 kq) həlledici görüşdə bolqarıstanlı İvan Nikolçevə məğlub olaraq gümüş mükafat əldə edib.

İlkin Qarayev (66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsi üstələyib. Xatırladaq ki, dünən cüdoçularımızdan Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qitə çempionu olub, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) bürünc medala yiyələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right