Bu gün Bakıda UFC Fight Night 280 turniri keçiriləcək.
Newsport.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında Azərbaycanın təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Yüngül çəki dərəcəsində baş tutacaq döyüş turnirin əsas hadisəsi olacaq.
İkinci ən vacib qarşılaşmasında "Şara Bullet" ləqəbli Şarabutdin Maqomedov braziliyalı Mişel Pereyra ilə gücünü sınayacaq.
Üçüncü önəmli qarşılaşmada Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə görüşəcək.
Əsas kart çərçivəsində daha iki maraqlı duel baş tutacaq. İkram Aliskerov braziliyalı Brunnu Ferreyra ilə, Abusupyan Maqomedov isə polyak Mixal Olekseyçukla qarşılaşacaq.
ilkin kartda isə daha iki azərbaycanlı - Fərrux Həsənov və Tahir Abdullayev oktaqona çıxacaq.
Bundan başqa, rusiyalı Andrey Pulyayev özbəkistanlı Nursulton Ruziboyevə qarşı oktaqona çıxacaq.
Yarım ağır çəki dərəcəsində çıxış edən Abdul-Rahman Yəhyayev isə ardıcıl üçüncü qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi ABŞ-dən Culius Uoker olacaq.
Bakıda təşkil olunan UFC Fight Night 280 turniri dünyanın müxtəlif ölkələrindən olan tanınmış döyüşçüləri bir araya gətirərək qarışıq döyüş növləri həvəskarlarına maraqlı qarşılaşmalar vəd edir.
UFC Fight Night 280 – Tam döyüş kartı
Əsas kart:
-
Rafael Fiziyev — Manuel Torres
-
Şara Bullet — Mişel Pereyra
-
Nazim Sadıxov — Mateus Kamilo
-
Asu Almabayev — Çarlz Conson
-
İkram Aliskerov — Brunu Ferreyra
-
Abusupyan Maqomedov — Mixal Olekseyçuk
İlkin kart:
-
Fərrux Həsənov — Erik Nolan
-
Abdul-Rahman Yəhyayev — Culius Uoker
-
Nursulton Ruziboyev — Andrey Pulyaev
-
Kaan Ofli — Xavyer Reyes
-
Daniil Donçenko — Teodor Berqqren
-
Bekzat Almaxan — Jan Matsumoto
-
Tahir Abdullayev — Cefferson Nasimento
Qeyd edək ki, ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da start götürəcək.