Xəlilovdan AÇ-də gümüş medal

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Daha əvvəl parataekvondoçu Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right