Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.
Bu barədə Newsport.az-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək, gümüş medalı aktivlərinə yazdırıblar.