Xabi Alonso istefaya göndərildi

Xabi Alonso "Real" klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Newsport.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”a rəhbərlik edirdi. Yanvarın 11-də baş tutan İspaniya Superkubokunun finalında madridlilər “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.

“Real” klubunun rəsmi saytında yer alan açıqlamada bildirilir:

"Xabi Alonso hər zaman “Real” azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. O, klubumuzun əfsanəsi olaraq daim “Real”ın dəyərlərini təcəssüm etdirib. Klub onun üçün hər zaman ev olaraq qalacaq. “Real” Xabi Alonsoya və onun məşqçilər heyətinə bu müddətdə göstərdikləri əməyə və sədaqətə görə təşəkkür edir və onlara karyeralarının yeni mərhələsində uğurlar arzulayır".

"Real" klubu Alvaro Arbeloanın əsas komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. O, buna qədər "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right