“Gəncə”dən çətin qələbə

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.

Newsport.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right