Turun sonuncu oyunu yarıda dayandırıldı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunu yarıda dayandırılıb.

Newsport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən “Xilasedici” – “Ordu” matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.

Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.

Günün ilk görüşündə isə “Neftçi” “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right