“Panatinaikos” komandası Avroliqa turnirinin 16-cı turunda səfərdə “Fənərbağça”nı məğlub edib (81:77).
İyundan sonra Yunanıstan klubunun və Türkiyə milli komandasının baş məşqçisi Ergin Ataman azarkeşlərin davranışından incidiyini dilə gətirib.
“Bunu başa düşə bilmirəm. 10 000 cahil “Fənərbağça” azarkeşi anam haqqında təhqiramiz mahnılar oxuyurdular. Anamın 87 yaşı var. Bu, mən məyus etdi. Aqressiv oynadıq, yaxşı müdafiə olunduq və meydanda hər bir şeyə cavab verdik. Milli komanda ilə işimlə fəxr edirəm. Və bu azarkeşləri başa düşmürəm. Oyun ədalətli və dürüst olmalıdır”, – deyə Ataman qeyd edib.
Əlavə edək ki, Ataman özü vaxtilə futbolda “Qalatasaray”ın “Fənərbağça”nı məğlub etməsindən sonra xüsusi jestlə “Fənər” azarkeşlərini qıcıqlandırmışdı.