Fransız istedad zədəyə görə 55 milyon itirə bilər

“San Antonio Spörs” komandasının mərkəz basketbolçusu Viktor Vembanyama baldır zədəsi səbəbindən bu mövsüm 12 oyunu buraxıb. Bununla da, o, “İlin Müdafiəçisi” mükafatına namizəd olmasını və “Ulduzlar Oyunu”nda iştirak etmək üçün lazım olan 65 oyun keçirməmək riskini artırıb.

Keçən mövsüm Vembanyama sağ çiyninin damarlarında tromboz səbəbindən 46 oyun keçirib. Builki zədə onun mükafat qazanmaq şansını yenidən çətinləşdirir və eyni zamanda daha yaxşı şərtlərlə müqavilə imzalanmasına əngəl törədir.

Vembanyamanın potensial müqaviləsinin beş il ərzində təxminən 271 milyon dollara başa gələ biləcəyi ehtimal olunur, lakin əgər o, MVP, “İlin Müdafiçisi” mükafatını qazanarsa və ya “Ulduzlar Oyunu”na seçilə bilərsə, məbləğ 326 milyon dollara qədər arta bilər. Buna görə də hər buraxılmış oyun fransız oyunçuya 55 milyon dollara başa gəlir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right