“Sabah” Berlində “Alba” ilə qarşılaşır

“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” ilə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right