Milli Paralimpiya Komitəsindən yeni anlaşma

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında parakamandan oxatmanın inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.

Newsport.az MPK-ya istinadən xəbər verir ki, hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər parakamandan oxatmanın inkişafı və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Fərid Xəlilov imzalayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right