Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarları bilindi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.
 
Newsport.az xəbər verir ki, bu barədə  Milli Olimpiya Komitəsi məlumat yayıb.
 
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.
 
Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right