Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Newsport.az xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.
Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran – Türkiyə cütünün qalibi olacaq.