Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) turnirdə finala çıxıb.

O, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edib.

M.Əhmədiyev yarımfinalda isə Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right