Azərbaycan karateçilərindən Çanaqqalada uğurlu nəticə

Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən “Dardaneles Karate Championship” turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından Newsport.az-a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.

Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev bürünc medalla kifayətlənib.

Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right