Deşama Səudiyyə Ərəbistanından təklif

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra milli komandadan ayrılacağını qətiləşdirib. O, karyerasını klubda davam etdirmək istəyir.

Təcrübəli çalışdırıcı Avropanın aparıcı klublarının birində çalışmaq arzusundadır. Ciddi dəvət almayacağı halda hətta Fransa Liqa 1 təmsilçiləri də qaneedici olacaq.

Amma hələlik Deşama ən real təklif Səudiyyə Ərəbistanından gəlib. Bir müddət öncə Serjio Konseysaonu baş məşqçi postuna gətirən “Əl-İttihad” onun fəaliyyətindən razı deyil. Mövsüm bitən kimi portuqaliyalı yola salınacaq.

“Əl-İttihad” hazırda çempionatda 8-ci pillədə qərarlaşıb. Bu nəticədən məmnun olmayan klub rəhbərliyi artıq fransalı mütəxəssisə rəsmi təklif göndərib. Deşam isə cavab verməyə tələsmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right