Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

Newsport.az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”- “AEK Afina” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right