"Sabah"dan Çempionlar Liqasında uğursuz debüt

Bu gün Azərbaycan basketbol klubu “Sabah” Çempionlar Liqasında debüt edib.

Newsport.az xəbər verir ki, Rimas Kurtinaytisın komandası B qrupunun ilk turunda Çexiyada yerli “Nymburk” klubu ilə qarşılaşıb.

"Nymburk" (Çexiya) – "Sabah" (Azərbaycan) – 93:65
(25:23, 20:11, 22:13, 26:18)
Praqa, “Kralovka Arena”

Qrupun digər oyununda Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” klubları sabah qarşılaşacaqlar.

İkinci turda isə Azərbaycan çempionu “Sabah” Bakıda alman klubunu qəbul edəcək. Oyun 15 oktyabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right