Azərbaycan medal sıralamasında gerilədi III MDB Oyunları

Azərbaycan ölkəmizdə keçirilən III MDB Oyunlarının medal sıralamasında üçüncü pilləyə düşüb.

Newsport.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna qədər 2-ci pillədə olan Azərbaycanın 29 qızıl, 48 gümüş və 89 bürünc medalı  var.

Siyahıya Rusiya (116 qızıl, 58 gümüş, 38 bürünc medal) başçılıq edir. İkinci pillədə isə Belarus (32 qızıl, 31 gümüş, 51 bürünc) qərarlaşıb.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right