“Sabah” Litva klubuna uduzdu

Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol komandası yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, ev sahibi ölkənin “Ritas” komandası ilə qarşılaşan paytaxt təmsilçisi 93:105 hesabı ilə uduzub.

“Sabah” Azərbaycanı ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. “Bayquşlar” Litvada keçirdikləri yoxlama oyunlarında ev sahiblərinin “Yuventus” (90:83), “Qarqjday” (96:92) və “Nevejis” (108:82) klublarını məğlub edib, “Neptunas” (88:98) və “Jalgiris”ə (58:75) uduzub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right