Azərbaycanlı idmançı Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında “Savate Assault” üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.

Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right