Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb. 

Newsport.az xəbər verir ki, yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right