Azərbaycan millisi dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

Newsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right