Azərbaycan millisində çıxış etmiş oyunçu “Abşeron Lions”la müqavilə bağladı

Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb.

Klubdan Newsport.az-a verilən məlumata görə, oyunçu qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Ötən mövsümü “Sumqayıt”da keçirən Donat, 11.5 ribaund ortalaması çıxış edib.

Basketbolçu Azərbaycana gəlməzdən əvvəl Türkiyədə “Qalatasaray”, “Türk Telekom”, “TED Ankara Koleji”, “Çağdaş Bodrumspor” və “Sığortam Net” komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right