“Chip Gannacy” komandasının sürücüsü Aleks Palou “Laguna Seca”da qalib gəlib.
Bu uğur üçqat IndyCar çempionu üçün mövsümdə səkkizinci olub. Çempionat tarixində cəmi üç sürücü bir il ərzində ondan daha çox mərhələdə qalib gəlib. 1964-cü ildə Foyt və 1970-ci ildə El Anser (hər biri on), həmçinin 1969-cu ildə Mario Andretti (doqquz) daha yaxşı nəticə göstərib. İspaniyalının bu rekordu qırmaq üçün ixtiyarında üç yarışı qalıb.
“Arrow McLaren” komandasının pilotu Kristian Lundqaard Kaliforniyada ikinci, “Andretti”dən Kolton Herta üçüncü, Palounun əsas rəqibi Pato O’Vard (Arrow McLaren) dördüncü olub.