Azərbaycan gimnastlarından növbəti uğur

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız növbəti qızıl medalını qazanıb.

Newsport.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə lentlə hərəkətlərdə 22.850 xalla Universiadanın qalibi olublar.

Bu, yarışlarda ölkəmizin ikinci qızıl medalıdır. Komandamız ilk medalı dünən qazanıb. Azərbaycanın qrup komandası iki hərəkətin (beş lent, üç top və iki halqa) cəmində 50.500 xal toplayaraq birinci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right