Azərbaycan gimnastlarından tarixi uğur

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.

Newsport.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right