Beynəlxalq Konkisürmə Federasiyası (ISU) Veronika Jilinanın milli komandanı dəyişdirmək üçün ərizəsinə baxılmasının necə aparıldığını izah edib.
Rusiyalı idmançı Azərbaycan pasportu alıb və yeni komandaya keçməyi planlaşdırıb, lakin əvvəlcə Rusiya Fiqurlu Konkisürmə Federasiyası, daha sonra isə İSU-nn Şurası Jilinanın transferinə razılıq verməyib.
“ISU Azərbaycan Qış İdman Növləri Federasiyasından Veronika Jilinanın əvvəllər Rusiya adına yarışmasına baxmayaraq, Azərbaycanı gələcək yarışlarda təmsil edə bilməsi üçün onun qurumun üzv statusunu dəyişdirmək üçün icazə istəyib. İSU-nun əsasnaməsinə uyğun olaraq, məsələyə Şurada baxılıb. Təqdim olunan sənədlərin təhlili də daxil olmaqla, diqqətlə nəzərdən keçirdikdən sonra ISU Şurası ərizəni rədd etmək qərarına gəlib”, – deyə Beynəlxalq Konkisürmə İttifaqının mətbuat xidməti bildirib.