Qudvudda ənənəvi şou yürüşü keçirilib. Xatırladaq ki, burada hər il retro maşınların yürüşü keçirilir. Maşınları isə avtoidman dünyasının tarixində böyük iz qoymuş insanlar idarə edir.
Bu dəfə də Qudvudda maraqlı qeyd edilə biləcək hadisələr baş verib. Onlar arasında ən diqqətçəkəni 85 yaşlı Mario Andrettinin sükan arxasına oturmalı olub.
1978-ci ildə Formula 1 üzrə dünya çempionatının qalibi olmuş amerikalı pilot titul qazandığı “Lotus” avtomobilini idarə edib.