Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.

Bu barədə Newsport.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək.

24 ölkə yığmasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right