Azərbaycan təmsilçiləri Vilnüsdə medalsız qaldılar

Azərbaycanın 20 yaşadək qız və oğlanlardan ibarət yığmaları çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışlarını başa vurublar.

Newsport.az xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan yarışa bu gün yekun vurulub.

Çempionatda Azərbaycan, Litva, Latviya, Polşa, Estoniya, Ukrayna, Ermənistan və Gürcüstandan ümumilikdə 15 qız və 15 oğlan komandası mübarizə aparıb.

Təmsilçilərimiz İbrahim Məmmədov və Muhəmməd Aslanlı, Xədicə Hadızadə və Cəmilə Bəşirova yarışı 8-ci pillədə başa vurublar.

Yarışda komandalarımız iki dəfə Ermənistan və Gürcüstan milliləri ilə qarşılaşıb və hər iki görüşdə qalib gəliblər.

Qeyd edək ki, çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız iyunun 30-dan iyulun 5-dək Latviyanın Cesis şəhərində təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right