Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinə oğlanların mübarizəsi ilə yekun vurulub.
Newsport.az xəbər verir ki, bu gün 6 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
60 kq çəki dərəcəsində Amin Osmanov toplamda 237 kq (102 kq + 135 kq), 65 kq-da Dəniz Bağırov toplamda 231 kq (104 kq + 127 kq), 71 kq-da Əbdülhüseyn Hüseynov toplamda 247 kq (111 kq + 136 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
79 kq çəki dərəcəsində Ravin Alməmmədov toplamda 300 kq (130 kq + 170 kq), 88 kq-da Məmməd Əhmədzadə toplamda 297 kq (132 kq + 165 kq), 94 kq-da Akif Abdullayev toplamda 312 kq (140 kq + 172 kq) nəticə ilə çempion olublar.